“Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər”.

Bunu Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, atəşkəs elan olundu, ondan bir gün keçmədi, Gəncəni bombaladılar: “Özü də haranı - yaşayış massivlərini. Bu gün də haranı vurdular - yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, çox insan həlak olsun. Bu, insanlığa qarşı cinayətdir və əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik. Özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaq. Onlar ən ağır cəzaya layiqdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

İlham Əliyev Cəbrayıl istiqamətində srağagün, dünən və bu gecə uğurlu əməliyyatlar keçirildiyini açıqlayıb

“Füzulini təslim etmək istəmirdi. Halbuki başa düşürdü ki, bunu saxlaya bilməyəcək”.

Bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Cəbrayılı da təslim etmək istəmirdi: “İndi Cəbrayıl istiqamətində də srağagün, dünən və bu gecə uğurlu əməliyyatlar keçirilibdir. Strateji yüksəkliklər götürülübdür. Bu haqda hələ ki, bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq.

.