Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov 4-7 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasında iştirak edəcək.

Energetika naziri 7 dekabrda isə OPEK Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEK və qeyri-OPEK nazirlərinin 5-ci görüşünə qatılacaq.
.