“Bildiyiniz kimi, İranın Prezidenti və nümayəndə heyətini daşıyan helikopter qəzaya uğrayıb. Təklif edirəm ki, onların ailələrinə başsağlığı verək və xatirələrini bir dəqiqəlik sükutla yad edək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Təklif qəbul edilib.

Azərbaycan Milli Məclisi helikopter qəzasında həlak olan İran Prezidenti və digər şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

.