Azərbaycan kubokunda 2020/21 mövsümünün püşkü atılıb.

AFFA-nın inzibati binasında təşkil edilən tədbirdə turnirin 12 iştirakçısının final yolu bəlli olub.

Bu il baş tutacaq 1/8 finalda Premyer Liqanın ötən mövsümündə turnir cədvəlinin aşağı 4 pilləsində yer alan klublar, həmçinin I divizionun 4 təmsilçisi mübarizə aparacaq. 2019/20 mövsümündə çempionatın ən yaxşısı kimi avrokuboklara vəsiqə qazanan “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” yarışa gələn il keçiriləcək 1/4 finaldan başlayacaq.

Qeyd edək ki, 1992-ci ildən keçirilən Azərbaycan kubokunun əvvəlki 28 mövsümündən 26-sı başa çatıb. “Neftçi” və “Qarabağ” hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 2, “İnşaatçı” (Bakı), “Şəfa”, “Keşlə” və “Qəbələ” hərəyə 1 dəfə kubokun qalibi olub. 

Azərbaycan kuboku
1/8 final (24 dekabr 2020-ci il)

1. “Səbail” - “Zaqatala”
2. “Turan Tovuz” – “Qəbələ”
3. “Sabah” - “Kəpəz”
4. “Qaradağ Lökbatan” – “Zirə”
1/4 final (1-2 fevral/6-7 fevral 2021-ci il)
5. “Sumqayıt” - 1-ci cütün qalibi
6. “Qarabağ” – 2-ci cütün qalibi
7. “Keşlə” – 3-cü cütün qalibi
8. “Neftçi” – 4-cü cütün qalibi
1/2 final (21 aprel/29 aprel 2021-ci il)
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
Final (28 may 2021-ci il)
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

.