Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun başlayıb.
Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma saat 14:00-da start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxıblar. Daha sonra Dövlət Himni səsləndirilib. Ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçıdır. Cütün qalibi 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.
.