![](/uploads/img/posts/2024/03/18/13jpg-1710777734.jpg)
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İraqa səfəri çərçivəsində bu ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə görüşüb.
Bu barədə nazir "X" səhifəsində yazıb.
"Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf prioritetləri barədə müzakirələr apardıq. İkitərəfli ticarət əlaqələrinin genişləndirilməsinin və qarşılıqlı sərmayələrin həcminin artırılmasının əhəmiyyətini vurğuladıq", - M.Cabbarov qeyd edib.
.