2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 960,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Yenizaman bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 %, qeyri neft-qaz sektorunda isə 7 % artıb.

ÜDM istehsalının 37,9 %-i sənaye, 9,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,1 %-i tikinti, 6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 18,9 %-i isə digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 %-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 7 941 manat olub.

.