Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 14015:2025 "Ətraf mühitin idarə edilməsi - Ətraf mühitin kompleks şəkildə araşdırılmasının qiymətləndirilməsi üzrə təlimatlar" ("Environmental management - Guidelines for environmental due diligence assessment") yeni dövlət standartını qəbul edib.
"Report" AZSTAND-a istinadən xəbər verir ki, standart ətraf mühitin müxtəlif aspektlərini müəyyən edir, zərurət yarandıqda onların biznes nəticələrinə təsirini qiymətləndirmək məqsədilə kompleks şəkildə araşdırmalar üçün sistematik qaydalara dair təlimat təqdim edir.
Yeni dövlət standartını Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq beynəlxalq standartın autentik tərcüməsi əsasında hazırlayıb, standart "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 09) konsensus əsasında qəbul edilib və AZSTAND onu təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
.
