Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir.

Bununla bağlı Prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub.

Layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyasının tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq.

Komitə layihəni müzakirə edərək plenar iclasa tövsiyə edib.
.