Azərbaycanın energetika naziri Pərviz Şahbazov Braziliyada Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət katibinin müavini Keri Makkarti ilə Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Braziliyada Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin “Enerji Təhlükəsizliyi və Xalis Sıfır” departamentində dövlət katibinin müavini Keri Makkarti ilə görüşdük.
Təmiz enerjiyə keçid üzrə Böyük Britaniya ilə tərəfdaşlığımızda BP ilə həyata keçirilən “Şəfəq” layihəsi, eləcə də COP29 Sədrliyinin enerji təşəbbüsləri və Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təklifləri ilə bağlı müzakirələr apardıq”, - deyə paylaşımda bildirilib.
.