Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya məsələsi müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"BMT-nin İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə iqlimdəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələləri - xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiyanı, dayanıqlı fəaliyyətə keçidi, COP29 çərçivəsində əməkdaşlıq istiqamətlərini müzakirə etdik", - deyə o qeyd edib.

.