Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Afrikada ehtiyacı olan ölkələrə ümumilikdə 511 min doza peyvənd göndərmək barədə qərar qəbul edib.

Bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyev İstanbulda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Macarıstan 211 min “Sinopharm”, Türkiyə 200 min “Sinovac” və Azərbaycan 100 min doza “Sinovac” peyvəndini Afrikaya göndərəcək.

Baş katib başda Macarıstan olmaqla bütün üzv ölkələrə verdikləri dəstəyə görə təşəkkür edib.

.