Azərbaycan 2024-cü ildə Rusiyaya 141,9 min ton pomidor tədarük edib ki, bu da 2023-cü ildəki 133 min tonla müqayisədə 6,7 % çoxdur.
Bu barədə Yenizaman Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatına istinadən xəbər verir.
2024-cü ildə Azərbaycan Rusiyaya 479,4 min ton pomidor (2023-cü ildə 417 min ton) ixrac etməklə əsas tədarükçü olub.
Bundan başqa, Azərbaycan 2024-cü ildə Rusiyaya tumlu meyvələrin (alma, armud) əsas tədarükçülərindən biri olub. "Hesabat ilində Rusiyaya tumlu meyvələrin idxalı 2023-cü ildəki 611,2 min tona qarşı 627,4 min ton təşkil edib. Azərbaycan sabit tədarükçü olmaqla ixracı 88 min tondan 93,4 min tona qədər artırıb (artım 6,1 %)", - “Rosselxoznadzor” qeyd edir.
Ümumilikdə 2024-cü ildə Azərbaycandan Rusiyaya təxminən 540 min ton meyvə və tərəvəz göndərilib: 153,4 min ton tərəvəz məhsulları (141,9 min ton pomidor, 5,2 min ton bibər və qabaq, 2,7 min ton xiyar, 1,2 min ton soğan və sarımsaq) və 386,6 min ton meyvə (186,6 min ton giləmeyvə və digər meyvələr, 93,4 min ton tumlu meyvələr, 87,4 min ton çəyirdəkli meyvələr, 6,3 min ton üzüm, 5,8 min ton sitrus meyvələri, 5,5 min ton qarpız və yemiş, 1,7 min ton quru meyvə).
.