AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı istintaq toplanmış materialların təhlili mərhələsinə keçib.

Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

Onun sözlərinə görə, məlumatların toplanması başa çatıb və hazırda mütəxəssislər onu öyrənirlər.

Karabayev qeyd edib ki, təhqiqat zamanı qazaxıstanlı və beynəlxalq ekspertlər Bakı, Qroznı və Rostov-na-Donu daxil olmaqla

Azərbaycan və Rusiyanın hava limanlarında olublar.

.