
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə 27 ölkədən olan diplomatları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırıb.
Bu barədə onun özü “X” hesabında yazıb.
Ayxan Hacızadə bildirib ki, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) və ADA Universiteti tərəfindən təşkil olunan tədbir diplomatların peşəkarlığının artırılması məqsədi daşıyıb.
.