AXCP fəalı, sabiq prokuror Qaraxan Zilfi oğlu Ağayev AXCP sıralarından istefa verib. O, deyib ki, artıq ərizəsini yazıb. Onun istefa verməsinə səbəb son zamanlar ölkənin ictimai-siyasi həyatında baş verən proseslər, partiyanın yürütdüyü daxili və xarici siyasət kursunun iflasa uğraması, partiyalar arası çəkişmələr və bir sıra hələlik açıqlamadığı başqa məsələlərdir.
AXCP fəalı bundan sonrakı fəaliyyətini ölkənin suverenliyinin qorunmasına və ailəsinə sərf edəcəyini bildirib.
.