Avstriya xarici işlər naziri Aleksander Şallenberq kansler vəzifəsinin icrasına başlayıb.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident Aleksander Van der Bellenin administrasiyası məlumat yayıb.

O, yanvarın əvvəlində koalisiya danışıqlarının uğursuzluğundan sonra öz xahişi ilə Karl Nehammeri kansler vəzifəsindən azad edib.

Eyni zamanda, o, kansler səlahiyyətlərini A.Şallenberqə həvalə edib və onun andını qəbul edib.

.