Avstriya Xalq Partiyasından (AXP) olan kansler Karl Nehammer sentyabrda keçirilmiş parlament seçkilərindən sonrakı hakim koalisiyanın qurulması danışıqlarının uğursuzluqla nəticələnməsinə görə istefa verəcəyini açıqlayıb.

Hökümət başçısı bu barədə “X” hesabında videomüraciət yayımlayıb.

“Danışıqlar başa çatdıqdan sonra mən yaxın günlərdə federal kansler və Avstriya Xalq Partiyasının rəhbəri postlarımdan istefa verəcəyəm, həmçinin nizamlı keçidi təmin edəcəyəm”,- Nehammer vurğulayıb.

.