Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevi təbrik edib.

Yenizaman xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı- Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən, eyni zamanda, fürsətdən istifadə edərək 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik edir və bununla əlaqədar intensiv hazırlıq işlərində Sizə uğurlar diləyirəm.

Cənubi Qafqazda sülh, sabitlik və rifah Avstriya üçün xüsusi önəm kəsb edir. Bununla yanaşı, 2023-cü ildə ölkələrimiz arasında iqtisadi əlaqələr sevindirici şəkildə intensivləşmişdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə şəxsi rifah, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcəklə bağlı ən gözəl arzularımı çatdırıram".

.