Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya Sakit okeanda yeni ittifaq elan ediblər.

Bu barədə ölkələrin Ağ Evin saytında yerləşdirilən birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, "Partners in the Blue Pacific" (PBP) tərəfdaşlığı effektiv əməkdaşlığın inkişafı və regionun ada dövlətlərinə dəstək üzrə növbəti təşəbbüsdür.

“Bu gün beş ölkə Sakit okean prioritetlərini daha effektiv və səmərəli şəkildə dəstəkləmək üçün “Partners in the Blue Pacific” tərəfdaşlığı adlı hərtərəfli qeyri-formal mexanizmi işə salıb. Bu yeni təşəbbüs bizim regiona uzunmüddətli öhdəliyimizə, Sakit okeanın ada ölkələri ilə sıx əlaqələrə və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Biz regionu suverenlik, şəffaflıq, hesabatlılıq prinsiplərinə uyğun olaraq və Sakit okean dövlətlərinin rəhbərliyi və liderliyi altında dəstəkləməsi mövzusunda həmrəyik”, - deyə bəyanatda vurğulanıb

.