ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

APA-nınverdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

"Terrorçu qruplaşmalar qısamüddətli perspektivdə bütün Avropa məkanında terror aktları törətməyi planlaşdırırlar, onların hədəfi idman tədbirləri, turizm obyektləri, restoranlar və nəqliyyatdır”, - deyə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə edilir: "Dini bayramlar və hər hansı böyük festival və tədbirlər zamanı çox ehtiyatlı olun, çalışın insanların kütləvi toplaşdığı yerlərdən aralı olun”.
.