Avropa İttifaqı Ukraynaya növbəti 1 milyard avro makro-maliyyə yardımı ayırıb.

Bu barədə Avropa Komissiyası prezidenti Ursula von der Leyen “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Ukraynaya verilən ümumi maliyyə dəstəyi demək olar ki, 150 milyard avroya çatıb.

Ursula von der Leyen əlavə edib ki, Avropa İttifaqı Ukraynaya dəstəyini uzun müddət davam etdirəcək.

.