Estoniyalı deputatlar Strasburqda gecə klubunun girişində qalmaqal törədib, Fransa polisi davaya müdaxilə edib.

Bu barədə Estoniyanın “Postimees” nəşri yazıb.

Qeyd olunub ki, polis Estoniya parlamentinin deputatları Riho Terras və Jak Madison ilə Strasburqdakı gecə klubunda mühafizəçi arasında baş verən mübahisə ilə bağlı araşdırmaya başlayıb.

Fransanın “Le Progres” nəşrinin məlumatına görə, münaqişə cümə axşamı səhər saat 5 radələrində Terras və Madison da daxil olmaqla bir qrup insanın “Live Club” gecə klubuna daxil olması ilə başlayıb. Mühafizəçi üst paltarı qarderobda qoyub pulunu ödəməyi xahiş edib. Nəticədə estoniyalılardan biri mühafizəçi haqqında irqçi ifadələr işlədib.

Gecə klubunun işçiləri polisə müraciət ediblər. Estoniyalılar Avropa Parlamentinin üzvü olduqlarını və deputat toxunulmazlığına malik olduqlarını vurğulayıblar. Mühafizəçi və polis əməkdaşı deputatlardan şikayət edib, nəticədə cinayət işi başlanıb.

.