"Qarabağ" klubunun üç futbolçusu UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun statistik göstəricilərinə görə ön sıralarda qərarlaşıb.

Yenizaman UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar"ın hücumçusu Olavio Juninyo 5 qolla bombardirlər siyahısında 5-14-cü yerləri bölüşdürür.

Braziliyalı forvard "çərçivə"yə dəqiq zərbələrdə (11) 5-7-ci sıralarda yer alb.

Azərbaycan çempionunun yarımmüdafiəçisi Julio Romao ikili mübarizələrdən ən çox qalib ayrılan ikinci oyunçudur. Braziliyalı legioner yarış ərzində 28 dəfə buna müvəffəq olub.

"Qarabağ"ın qapıçısı Andrey Lunyov isə turnirdə qurtarış sayında (44) ikincidir.

Qeyd edək ki, İtaliyanın "Atalanta" klubu finalda Almaniya təmsilçisi "Bayer 04"ü üç cavabsız qolla üstələyərək UEFA Avropa Liqasının qalibi olub.

.