Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiya qarşı tətbiq olunan sanksiyaları “səhv” adlandıranlara cavab verib.

Borrell Aİ XİN Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib ki, bugünkü iclasda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynadakı son vəziyyətlə bağlı XİN başçılarını məlumatlandıracaq.

“Biz həmçinin tətbiq olunmuş sanksiyaların həyata keçirilməsi ilə bağlı vəziyyəti müzakirə edəcəyik. Bu sanksiyaların effektivliyi ilə bağlı müzakirələr, mübahisəli fikirlər var. Bəzi Avropa liderləri sual edir ki, bu sanksiyalar effektivdirmi və yaxud bildirir ki, bu sanksiyalar Aİ-yə Rusiyadan daha çox təsir edir. Onlar əlavə edir ki, bu, səhv idi. Mən düşünmürəm ki, bu sanksiyaların tətbiqi qərarı səhvdir. Bu, bizim etməli olduğumuzdur və bunu davam etdirəcəyik”, - Cozep Borrell vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsinin sözlərinə görə, bəzi liderlər bəyan edir ki, neftin qiyməti qalxıb, ancaq onlar bu arqumentlərdən əvvəl rəqəmlərə baxmalıdırlar: “Statistikaya baxsanız görəcəksiz ki, neftin qiyməti müharibədən əvvəlki qiymətlə eynidir. Müharibə başlayanda qiymət qalxdı, lakin bizim tələbimiz azaldıqda qiymətlər də endi”.

Borrell Rusiyanın qaz ixracını azaltmasından danışıb: “Alternativ imkanları müzakirə edirik”

Bu gün dünyanı ən çox narahat edən məsələ ərzaq qıtlığıdır və bu böhranla üzləşməyimizin səbəbi isə Rusiyanın Ukrayna taxılının qlobal bazara ixracına imkan verməyən blokadasıdır.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ XİN Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ukrayna taxılının qlobala bazara çatdırılası üçün digər mümkün vasitələrdən istifadə olunur: “Biz digər mümkün imkanlardan istifadə edərək Ukrayna taxılının daşınmasına çalışırıq, həm quru yolla, həm Qara dəniz vasitəsilə Rumıniya və Bolqarıstana daşıyırıq, lakin bu kifayət deyil. Mən ümid edirəm ki, bu həftə Odessa limanı ətrafında blokadanın aradan qaldırılması istiqamətində razılaşma əldə olunacaq. On minlərlə insanın həyatı bu razılaşmadan asılıdır, yəni bu diplomatik oyun deyil, həyat və ölüm məsələsidir. Rusiya blokadanı götürməli və icazə verməlidir ki, Ukrayna eksportu həyata keçirsin. Ona görə biz deyirik ki, Rusiya insan varlığının həyatını diqqətə almadan ərzağı silah kimi istifadə edir. Bu, açıq şəkildə, ucadan deyilməlidir”.

Aİ-nin Ali Nümayəndəsi Rusiyanın Aİ-yə qaz ixracını azaltması barədə də danışıb: “Biz bilirdik ki, Rusiya qaz ixracını Avropaya qarşı silah kimi istifadə edəcək və o, artıq bunu edir, idxal olunan qazın həcmini azaldır, lakin biz alternativ imkanları müzakirə edirik. İyulun 20-də Avropa Komissiyasında bununla bağlı müzakirələr keçiriləcək. Rusiyanın etdiklərinə görə, biz Ukraynaya dəstəyimizi dayandırmayacağıq. Risklər var və Avropa Komissiyası istənilən situasiyaya hazır olmaq üçün bu məsələləri müzakirə edir”.

.