Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün 3,2 milyon avro ayırmağı planlaşdırır.
RT xəbər verir ki, bu barədə Avropa Komissiyasının yeni tenderində deyilir.
"Bu proqram "Şərq Tərəfdaşlığı" ölkələrində kibertəhdidlərə qarşı dayanıqlığın və cinayət-hüquqi tədbirlərin gücləndirilməsinə kömək edəcək və kibertəhlükəsizliyin və kiberhücumlara hazırlığın yüksəldilməsi üçün texniki və əməkdaşlıq mexanizmlərinin inkişafı üzrə tədbirlərə hesablanır", - tenderdə bildirilib.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Avropa İttifaqı tərəfindən başladılıb. Onun əsas məqsədi 6 ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.
.
