Sülh və Demokratiya İnstitutu (SDİ) Avropa Birliyi komissarı Ştefan Füleyə məktub göndərib. Sənəddə Bakıda insan mülkiyəti haqlarının, həmçinin Sovetski adlanan küçədə mənzillərlə bağlı qanun və hüquq pozuntusu barədə məhkəmə qərarlarının İH tərəfindən icrasının imtinası ilə əlaqədar faktlar olub.
Artıq bir həftədən sonra SDİ öz müraciəti ilə əlaqədar cavab alıb. Məktubda deyilir:
«AB, Azərbaycanda məcburi köçürülmə və söküntü barədə faktlarla əlaqədar vəziyyəti diqqətlə izləyir. Belə ki, insan haqları və demokratiya məsələləri üzrə AB –Azərbaycan Komissiyasının bu yaxınlarda keçirilən iclasında Avropa Birliyi rəsmi Bakını sözügedən məsələlərlə bağlı gecikmədən tədbirlər görməyə çağırıb.
Biz həmçinin Azərbaycan hökumətini məhkəmə qərarı ilə mülkiyyətindən məhrum olan şəxslərə kifayət qədər təzminat ödənməsinə, həmçinin milli qanunvericiliyə uyğun şəffaf məhkəmə təhqiqtının təmin edilməsinə çağırmışıq.
Biz Azərbaycan hökumətinə daşınmaz əmlak və şəxsi mülkiyət haqları sferasında zərərçəkən və vətəndaş ictimaiyyəti ilə sıx əməkdaşlıq şəraitindən problemin həllini tapmasını təkidlə tövsiyə etmişik».
SDİ, komissar Ş.Füleyə Azərbaycanda mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması problemi ilə əlaqədar AB-də yeni bir dinləmə təşkil etməsi üçün bir daha müraciət edib. Keçiriləcək iclasda AR vətəndaş ictimaiyyətinin, həmçinin Bakıda mülkiyyət hüqununun pozulmasını izləyən beynəlxalq hüquq müdafiə təşkilatlarının nümayəndələrinin iştiarkı təkid olunub. Qeyd edək ki, 2008-2012-ci ildə 60 mindən çox bakılı öz mülkiyyətlərindən qanunsuz olaraq çıxarılıb, 2014-cü ildən isə 80 min nəfərin evinin sökülməsi təhlükəsi gözləyir.
SDİ Bakının mərkəzində qanlı qarşıdurmanı istisna etmir.
.