Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Avropa çempionatı bir ölkədə keçirilə bilər.
 
Fransanın “Le Parisien” nəşrinin məlumatına görə, turnirin Rusiyada təşkili nəzərdən keçirilən alternativlər arasındadır.
 
Bildirilib ki, UEFA Avropada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən AVRO-2020-nin yalnız Rusiyada baş tutması ssenarisini nəzərdən keçirir. Adıçəkilən ölkədə virusun digərləri ilə müqayisədə az yayılması və DÇ-2018-dən sonra lazımi infrastruktura malik olması bu variantın reallaşma ehtimalını artırır.
 
Qeyd edək ki, AVRO-2020-nin Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməsi planlaşdırılır.

.