Bu dəqiqələrdə ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu regionda vəziyyətin gərginləşməsi və bundan çıxış yollarını müzakirə edir. 
Yenizaman.az RİANovosti-yə istinadən xəbər verir ki, bu barədə təşkilatdakı mənbə məlumat verib. "Minsk qrupu hazırda iclasdadır. Yəqin ki, hansısa ortaq yanaşmalar hazırlamağa çalışır”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında təmas xəttində vəziyyət aprelin 2-dən etibarən gərginləşməyə başlayıb. Ermənistan tərəfindən həyata keçirilən təxribat hücumlarının qarşısı Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən uğurla alınıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
.