Ankarada martın 13-də törədilmiş terror aktında yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.
Virtualaz.org Türkiyənin"Milliyet” qəzetinə istinadənxəbər verir ki, ölkəninSəhiyyə Nazirliyinin açıqlamasında Kızılay meydanında törədilən partlayışda ağır yaralanan və hər iki ayağı amputasiya olunan 23 yaşlı Fəyyaz Aydınınmüalicə olunduğu Ankara Təhsil və Araşdırma Xəstəxanasında martın 21-də dünyasını dəyişdiyi bildirilir.
Beləliklə,terroraktınınqurbanlarının sayı 36-ya çatıb.
Partlayışda yaralanan 18 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağırolaraq qalır.
