Ankarada səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı Mətin Gürakla görüşüb.

Bununla bağlı Türkiyə Silahlı Qüvvələrinin X hesabında paylaşım edilib.

Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib.

.