Braziliya milli komandası yeni baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

“Yenizaman xəbər verir ki, “sambaçılar” DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvayı 1:0 hesabı ilə məğlub edib. 

Komandanın yeganə qolunu 44-cü dəqiqədə Vinisius Junior vurub. 

Bu həm də Braziliya yığmasına tarixi uğurunu davam etdirməyə imkan verib. Onlar bütün dünya çempionatlarının final mərhələsində iştirak edən yeganə komanda olaraq qalacaqlar. 

 

 

.