Azərbaycanın "Dostluq" ordeni Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoli Torkunova təqdim olunub.

"Dostluq" ordenini Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu təqdim edib.

MQIMO-da keçirilən tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin Anatoli Torkunova ünvanladığı təbrik məktubunu oxuyub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Anatoli Vasilyeviç Torkunov “Dostluq” ordeni ilə təltif edilib.

.