Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı dördə çatıb, təxminən 200 nəfər yaralanıb.

Bu barədə “Bild” nəşri polisə istinadən məlumat yayıb.

"Maqdeburqda Milad yarmarkasındakı hadisə nəticəsində ölənlərin sayı dördə çatıb. Hadisə nəticəsində təxminən 200 nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 20-i axşam Almaniyanın Maqdeburq şəhərində naməlum şəxs idarə etdiyi qara BMW-ni Milad yarmarkasındakı izdihamın üzərinə sürüb. Nəticədə iki nəfərin öldüyü və 68 nəfərin xəsarət aldığı bildirilirdi.

“Bild”in məlumatına görə, hadisədə şübhəli bilinən şəxs 50 yaşlı Taleb A.-dır. Güman edilir ki, avtomobili o idarə edib. Taleb A. Səudiyyə Ərəbistanında anadan olub, lakin İslamı sərt tənqid edib və özünü "Almaniya üçün Alternativ" (AfD) partiyasının tərəfdarı hesab edib.

00:43

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb.

Bu barədə “Bild” qəzeti Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.

Nəşr bildirib ki, hadisədə 2 nəfər ölüb.

“Welt” isə vurğulayıb ki, “BMW” markalı avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib. Nəqliyyat vasitəsi icarəyə götürülüb.

Artıq Almaniya kansleri Olaf Şolts baş verən hadisəyə münasibət bildirib: “Maqdeburqdan gələn xəbərlər pis fikirlərə yol açır. Fikirlərim qurbanların və yaralıların yaxınlarının yanındaır. Bu dəhşətli saatlarda xilasedicilərə minnətdarlığımı bildirirəm”.

Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.

.