Berlində naməlum şəxs yük maşınını bayram yarmarkasındakı insanların üzərinə sürüb.
Yenizaman.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Cinayəti törədən sürücü hadisə yerindən qaçıb. Berlin polisinin verdiyi məlumata görə, həmin şəxs saxlanılıb və hazırda dindirilir. Maşının kabinəsində olan digər şəxs isə hücum zamanı ölüb.
Polis terror aktı versiyasını istisna etmir. Araşdırma Berlin Cinayət Polisi tərəfindən aparılır. İş AFR Baş prokurorluğunun nəzarətindədir.
.
