
Almaniyanın Passau şəhərində bir kişi avtomobilini insanların üzərinə sürüb.
Bu barədə “Bild” qəzeti məlumat yayıb.
"Polis sürücünün avtomobili qəsdən insanların üzərinə sürdüyünü istisna etmir. Qurbanların sayı və onların xəsarətlərinin ciddiliyi hələ müəyyən edilməyib", - məlumatda deyilir.
İlkin məlumata görə, hadisə zamanı sürücünün 38 yaşlı həyat yoldaşı və 5 yaşlı qızı da yaralanıb.
Sürücü polis tərəfindən saxlanılıb.
.