"Rəsmi Kiyev Donestk və Luqanskda vəziyyətə nəzarəti itirib." FaktXəbər-in "İTAR- TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri regional dövlət administrasiyalarının rəhbərləri ilə görüşdə Ukraynada prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov bildirib. O, əlavə edib ki, ordu qüvvələri də Donetsk və Luqansk vilayətlərində nəzarəti ələ ala bilmir.
Aleksandr Turçinov daha sonra vurğulayıb ki, oxşar hadisə Xarkov, Odessa, Hersonsk, Nikolaevsk və Zaporojsk vilayətinlərində də təkrarlana bilər.
.