Türkiyənin İstanbul şəhərində hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) təxminən 4 minə yaxın üzvü istefa verərək Cümhuriyyət Xalq Partiyasına (CHP) keçib.
"Milliyet” qəzetinin verdiyi məlumata görə, 30 mart seçkilərindən 2 gün əvvəl İstanbulun Əsənyurt rayonunda AKP üzvü olan bir neçə min insan bu partiyanın siyasətinə etiraz edərək müxalifət sıralarına qoşulub.
AKP-dən Əəsnyurt bələdiyyə başqanlığına keçmiş namizəd Yunus Kalkan istefaların bu rayonda səsvermənin nəticələrinə ciddi təsir göstərəcəyini söyləyib.
Paytaxt Ankaranın Gölbaşı rayonunda isə təxminən 1000 nəfər AKP-dən istefa verərək Milliyyətçi Hərəkat Partiyasına (MHP) qoşulub.
Xatırladaq ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
.
