“F-16-ların alınması ilə bağlı proses davam edir. Biz hərbi, siyasi və diplomatik fəaliyyətimizi davam etdirəcəyik. Ümidimiz sağlam düşüncənin qalib gəlməsi və ağlabatan, məntiqli həllin ortaya çıxmasıdır”.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar ABŞ Nümayəndələr Palatasının Türkiyəyə F-16 satışını şərtləndirən qanun layihəsini şərh edərkən bildirib.

O, Yunanıstanın müxtəlif təşəbbüslərlə F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı Türkiyə və ABŞ hərbi nümayəndə heyətləri arasında əldə olunan razılaşmaya mənfi təsir göstərməyə çalışdığını xatırladaraq, ABŞ-ın bu oyuna gəlməyəcəyini gözlədiyini vurğulayıb.

.