Avropa İttifaqı (Aİ) Ukraynaya 500 milyon avro əlavə hərbi yardım ayıracaq.

Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter"də bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının xarici işlər nazirləri bu barədə bugünkü iclasda razılığa gəliblər.

Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında qəbul edilən qərar Rusiyanın ölkəni işğal etməsindən sonra Ukraynaya göndərilən hərbi yardımın ümumi məbləğini 2,5 milyard avroya çatdırır.

“Avropa Ukraynanın yanındadır!”, - Prezident Mişel qeyd edib.

.