Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampı G7 sammitindən əvvəl "ticarət müharibəsi"ndən imtina etməyə çağırır.

Bu barədə Yenizaman “Politico”ya istinadən xəbər verir.

Aİ Şurasının rəhbəri A.Koşta bildirib ki, Avropa müdafiə xərclərini artıra bilməz. Onun fikrincə, Aİ, eyni zamanda, "ticarət müharibəsi" aparmalı olacaqsa, Trampın istədiyi kimi, müdafiə xərclərini artıra bilməyəcək.

"İndi iqtisadiyyatda qeyri-müəyyənlik, ticarətdə problemlər yaratmaq üçün münasib vaxt deyil. Çünki biz iqtisadi bazamızı, Birləşmiş Ştatlar kimi, gücləndirməliyik", - A.Koşta bildirib.

.