Avropa İttifaqı (Aİ) Ukrayna silahlı qüvvələrinə dəstək üçün daha 500 milyon avro ayırıb.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel “Twitter“də bildirib.

Bildirilib ki, bu, hərbi yardımın beşinci tranşıdır.

Vəsaitin ayrılması ilə bağlı siyasi razılıq mayın 18-də Aİ xarici işlər nazirlərinin görüşündə əldə olunub.

.