Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu siyahısına əlavə edib.
Bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
Bundan sonra, SEPAH Aİ-nin anti-terrorizm sanksiyaları rejiminə daxil ediləcək.
Bu isə, təşkilatın Aİ ölkələrində maliyyə ehtiyatlarının dondurulması və həmin ölkələrdəki subyektlərin SEPAH-a iqtisadi resurslardan istifadəyə icazə verməsinin qadağan edilməsi deməkdir.
Qeyd edək ki, yanvarın 29-da Aİölkələri SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Bu gün isə Aİ Şurası rəsmi olaraq sözügedən təşkilatı terror təşkilatları siyahısına daxil edib.
.
