
Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib.
Bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.
“Aİ 200-ə yaxın kölgə donanma gəmisini hədəf alan Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib. Yeni tədbirlər hibrid təhdidlərə və insan hüquqlarına da toxunur. Rusiyaya qarşı daha çox sanksiyalar hazırlanıb. Rusiya nə qədər uzun müddət müharibə aparırsa, bizim cavabımız bir o qədər sərt olur”, - Kallas qeyd edib.
.