"TikTok" plaformasının nümayəndəsi bugün ABŞ-də Ali Məhkəmənin qarşısına çıxarılacaq. Bu “TikTok”un ABŞ-də gözlənilən qadağasının qarşısını almaq üçün şirkətin sonuncu cəhdi kimi qiymətləndirilir.
Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, populyar əyləncə platforması ötən il ABŞ-də qəbul olunmuş qanunu mübahisəyə çıxarmağa çalışır.
Həmin qanuna əsasən, şirkət ABŞ-də fəaliyyət göstərə bilməsi üçün çinli sahibindən ayrılıb, yerli şirkətin mülkiyyətinə çevrilməlidir. Əks təqdirdə yanvarın 19-dan etibarən sosial şəbəkəyə ABŞ-də qadağa qoyulacaq.
ABŞ hökuməti hesab edir ki, belə bir satış həyata keçməsə, Çin “TikTok”dan bir casusluq aləti və siyasi manipulyasiya vasitəsi kimi istifadə edə bilər.
“TikTok” bu iddiaları rədd edərək, ədalətsiz şəkildə hədəfə gəldiyini və qəbul olunmuş qanunun 170 milyona yaxın amerikalı istifadəçinin azad nitq hüququnu pozduğunu bildirir.
.