Avropa İttifaqının (Aİ) ölkələrinin daimi nümayəndələri bu gün keçirilən iclasda Rusiyaya qarşı yeni sanksiyalar rejimi ilə bağlı razılığa gəliblər.

Bu barədə Avropa mənbəsi məlumat yayıb.

Bildirilib ki, sanksiyalar Aİ Şurasının mayın 27-də keçiriləcək iclasında təsdiq ediləcək.

Bu qərarın Aİ Şurası tərəfindən yekun təsdiqindən sonra yeni məhdudiyyətlərə cəlb edilən ilk fiziki şəxslərin və təşkilatların ad siyahısı görünə bilər. Bu cür sanksiyalar Aİ-də iştirak edənlərin aktivlərinin dondurulmasını və səyahət qadağasını nəzərdə tutur.

.