Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko təyyarə ilə Zəngilan rayonuna yola düşür.

Bu barədə diplomat sosial şəbəkədə bildirib.

“Minalarla mübarizə üzrə konfransda iştirak etmək və Aİ-nin Azərbaycana dəstəyi üçün gələcək imkanları araşdırmaq məqsədilə bu səhər gözəl Zəngilana uçuram”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın ayında Zəngilan rayonunda minalarla mübarizə üzrə beynəlxalq tədbirin keçiriləcəyinin anonsunu vermişdi. Ötən gün isə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva beynəlxalq konfransın mayın 30-da keçiriləcəyini təsdiqləmişdi.

.