Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Donbasa səfər edib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Helikopterdə Cozep Borrell ilə Luqansk vilayətinə uçuruq. Rusiya bu müharibəyə başladıqdan sonra ilk dəfədir ki Aİ-nin Ali Nümayəndəsi Donbasa səfər edir. Bu artan Rusiya təhdidləri fonunda Avropada sülh, təhlükəsizlik və ədalət naminə diplomatiyamızın gücü və Ukrayna-Aİ birliyinin əlamətidir", Ukrayna XİN rəhbəri bildirib.

.