
Avropa İttifaqı (Aİ) iyunun 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə səsvermə keçirə bilər.
Bu barədə “Politico" qəzeti diplomatik mənbəyə istinadən yazır.
"Əgər ABŞ koordinasiyalı yanaşmaya razılıq versə, növbəti sanksiyalar paketi artıq iyunun 20-də səsverməyə çıxarıla bilər", - məlumatda bildirilib.
Qeyd olunub ki, Aİ ABŞ-dən siqnal gözləyir. Bu siqnal iyunun 15-17-də Kanadada keçiriləcək G7 sammitində verilə bilər.
Daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ senatoru Lindsi Qremə Rusiyaya qarşı yeni sanksiyaların koordinasiyalı şəkildə tətbiq edilməsinin zəruriliyini bildirmişdi.
.