Avropa İttifaqı ölkələrinin sakinləri 2050-ci ilə qədər elektrik enerjisinə ABŞ və Çindən daha çox pul ödəyəcəklər.

Yenizaman-ın “Bloomberg“ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Sahibkarlar Konfederasiyasının (“BusinessEurope”) araşdırmasında bildirilir.

Təşkilat öz proqnozunu onunla əlaqələndirir ki, Avropa bloku yaşıllaşdırma hədəflərinə nail olsa belə, 2050-ci ilə qədər Aİ-nin elektrik enerjisi istehsalı xərcləri ABŞ və Çininkindən ən azı 50% yüksək olacaq.

“BusinessEurope” rəhbəri Markus Bayrerin sözlərinə görə, bu dinamika Avropa şirkətlərini alternativ rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə salır, ona görə də Aİ səviyyəsində təcili tədbirlərə ehtiyac var.

.